A24 Xeber

Lənkəranda doğuş zamanı ana və körpə öldü

Lənkəranda doğuş zamanı ana və körpə öldü
82
04 Avqust 2018 - 10:40

 Lənkəranda doğuş zamanı ana və körpə ölüb.

A24.Az Report-a istinadən xəbər verir ki, Lerik rayonunun Veri kənd sakini, 1983-cü il təvəllüdlü Sadıqova Elnarə Rasim qızı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Bu, E.Sadıqovanın üçüncü hamiləliyidir. Onun hazırda iki övladı var. Yaxınlarının bildirdiyinə görə, qadın hamiləlik zamanı mütəmadi olaraq həkim nəzarətində olub, heç bir problem qeydə alınmayıb. E.Sadıqova avqustun 2-də xəstəxanaya müraciət edib. Lakin doğuş gecikdiyində görə həkimlər körpəni qeysəriyyə əməliyyatı ilə götürməyə çalışıblar. Lakin məlum olub ki, körpə tələf olub. Ana isə bu gün səhər saatlarında kəskin qanaxma nəticəsində ölüb.

Xəstəxanaya hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, araşdırma aparılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00