A24 Xeber

Lənkəranda evdə partlayış: Xəsarət alan var

Lənkəranda evdə partlayış: Xəsarət alan var
54
19 Aprel 2018 - 23:09

 Lənkəranda evdə partlayış olub.

A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə Xolmili kəndində baş verib.

Hadisəyə hamam otağında su qızdırıcısı ilə ehtiyatsız davranma səbəb olub. Partlayış nəticəsində ev sahibi, 57 yaşlı Bağırov Sübhan Baloğlan oğlu bütün bədən səthinin 2-ci dərəcəli termik yanığı diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ağır yanıq xəsarəti alan yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00