Lənkəranda ikimərtəbəli ev yandı

Lənkəranda ikimərtəbəli ev yandı
Want create site? Find Free WordPress Themes and plugins.

Lənkəran rayonunda ikimərtəbəli ev yanıb.

A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Boladi kəndində qeydə alınıb.

Belə ki, 56 yaşlı kənd sakini Sultan Zakir oğlu Cabbarova məxsus ikimərtəbəli, 8 otaqdan ibarət ev içərisindəki əşyalarla birlikdə yanıb. Hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Ümumi sahəsi 240 m2 olan yaşayış evinin ikinci mərtəbəsinin beş otağı və dam örtüyü tamamilə yanıb. Evin birinci mərtəbəsi yanğından mühafizə edilib.

Yanğının başvermə səbəbi araşdırılır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar