Lənkəranda silah-sursat tapıldı - FOTOLAR

Lənkəranda silah-sursat tapıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Lənkəran şəhərində silah-sursat tapılıb.

ANAMA-nın mətbuat xidmətindən A24.Az-a verilən məlumata görə, Qurumba kəndi – su hövzəsinə baxış keçirilib.

Nəticədə 1 ədəd təlim məqsədli tank əleyhinə RPQ-22 silahı PQ-22 raketi ilə birlikdə aşkar edilib, 2 500 kvadrat metr ərazi yoxlanılıb.

Məlumatda bildirilir ki, ümumilikdə ANAMA tərəfindən 1 yanvar-23 mart 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 158 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib. 5 000 ədəd partlamamış hərbi sursat, 73 ədəd tank əleyhinə mina və 8 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 254 209 kv.m ərazi (472 670 kv.m əl ilə, 341 200 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və  327 339 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar