A24 Xeber

Lənkəranda uşağını məhv etmək istəyən ananın özü də öldü

Lənkəranda uşağını məhv etmək istəyən ananın özü də öldü
35
23 İyul 2018 - 10:41

Lənkəranda 20 yaşlı hamilə qadın dünyasını dəyişib.

“A24.az”ın APA-ya istinadən verdiyi xəbərə görə, Lənkəran şəhər sakini, 1998-ci il təvəllüdlü Günay Ümüd qızı İbrahimova 16 həftəlik hamilə olub. İlkin məlumata əsasən o, evdə hamiləliyinin ləğv etmək üçün dərman qəbul edib.

Dərman qadına və onun bətnində olan uşağa mənfi təsir edib. Xəstəxanaya müraciət etdikdə isə artıq gec olub. Nəticədə hər ikisi xəstəxanada dünyasını dəyişib.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00