A24 Xeber

Lənkəranskidən xəbər var – FOTO

Lənkəranskidən xəbər var – FOTO
681
23 Mart 2017 - 14:39

Ötən il avqustun 18-də İstanbulda qətlə yetirilən məşhur kriminal avtoritet Rövşən (Canıyev) Lənkəranskinin abidəsi hazırlanır.

A24.Az-ın Axar.Az -a istinadla xəbər verir ki, Lənkərandakı “Kiçik bazar” məzarlığında dəfn olunmuş mərhumun başdaşı hələ qoyulmayıb.
Qanuni oğrunun böyük bir abidəsi sifariş olunub və onun ölçülərinə uyğun divar hörülüb.

Novruz bayramı axşamı mərhumun yaxınlarının onun qəbrini ziyarət etdiyi bildirilən Lənkəranskinin məzarının ətrafı gül çələngləri ilə əhatələnib.

Burada onun müxtəlif bölgələrdən olan dostlarının göndərdiyi çələnglərin üstündə başsağlığı mesajlarını görmək olar.

Məlumata görə Lənkəranskinin ailəsi Bakıya köçüb və paytaxda yaşayır. Onun uşaqları Bakıda məktəbə gedir. Hazırda ata evində heç kim yaşamır.

Xatırladaq ki, R.Lənkəranski İstanbulda oteldən çıxıb avtomobilinə mindikdən sonra güllələnib.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00