Lənkəranskinin “qardaşı”nın görüntüləri yayıldı: məşhur “qanuni oğru ilə danışır - VİDEO

Lənkəranskinin “qardaşı”nın görüntüləri yayıldı: məşhur “qanuni oğru ilə danışır – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

2016-cı ildə İstanbulda qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin varisi sayılan çeçen əsilli kriminal avtoritet “Şeyx Xəmzət”in yeni görüntüləri yayılıb.

“A24.az” “yenicag.az”a istinadən xəbər verir ki, yayılan görüntülərdə Xəmzət Qastəmirov həmyerlisi, çeçen “oğru”ların ağsaqqalı sayılan Aziz Batukaevlə canlı bağlantı qurur.

Kadrlardan göründüyü qədəri ilə Batukaev Qastəmirovla yeni veriləcək “proqon”u müzakirə edir. Aziz Batukaev həbsxanalara “proqon” göndərəcəyini bildirir. Rövşən Lənkəranskinin mənəvi qardaşı sayılan “Şeyx Xəmzət” isə öz növbəsində Batukaevə bildirir ki, “proqon”da yalnız hörmətli “oğru”ların adı olmalıdır.

Xatırladaq ki, Avropa kassasının nəzarətçisi olan Qastəmirov getdikcə həm əhatəsini, həm də gücünü artırır. İnanılmaz sərvətə sahib olan “Şeyx Xəmzət” indiki durumda düşmənləri üçün ciddi rəqibə çevrildiyini desək, yanılmarıq. Hər halda Batukaevin Qastəmirovla məsləhətləşməsini də bunun göstəricisi kimi hesab etmək olar.

Qeyd edək ki, “proqon” “oğru”ların verdiyi qərarın kütləyə çatdırılmasıdır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar