Leyla Əliyeva oğlu ilə kamera qarşısında - VİDEO

Leyla Əliyeva oğlu ilə kamera qarşısında – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın yeni fotoları və videosu yayılıb. 

“A24.az”ın məlumatına görə, videoda L.Əliyeva yaradıcılığından, rəsmlərindən bəhs edir.

Oğlu Əli ilə kamera qarşısına keçən L.Əliyeva rəsmlərini sevgi ilə yaratdığını bildirib: 

“Öz qəlbinin səsini dinləmək lazımdır. Rəsmlərimdə hər zaman simvollar olub. Məktəb vaxtlarımdan şəkil çəkirəm. Hər bir insan yaradıcıdır. Yaradıcılıq təkcə musiqi bəstələmək, rəsm çəkmək və şeir yazmaq deyil. Hansısa işi ürəyindən gəldiyi üçün edən insan yaradıcıdır.

Mənə həyat sevgisi ilham verir. Rəsm çəkmək üçün məkanın heç bir mənası yoxdur.

Rəsm çəkmək enerjimi alır. Şeir yazanda mən dincəlirəm, rəsm çəkəndə isə yoruluram.

Taleyə inanıram…

Rəsmlərimi satmağa heyfim gəlirdi. Onlar mənim emosiyalarım, həyatımdır. Amma onların satışından əldə olunan gəlir fillərin qorunmasına sərf ediləcək. Ona görə sevinirəm, bölüşmək gözəldir”.

Qeyd edək ki, L.Əliyevanın Əli və Mikayıl adlı əkiz övladları var. O, bir müddət əvvəl Əminə adlı qız uşağını da övladlığa götürüb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes, Foto xəbər, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar