Leysan yağacaq, dolu düşəcək

Leysan yağacaq, dolu düşəcək
Want create site? Find Free WordPress Themes and plugins.

İyunun 22-də Bakı və Abşeron yarımadasında havanın tutulub açılacağı, səhər və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

ETSN-dən verilən məlumata görə, havanın temperaturu gecə 18-20° isti, gündüz 22-25° isti, Bakıda gecə  18-20° isti, gündüz  23-25° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  20-21°, Türkan, Hövsan, Sahil, Şıxda 22-23° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə  leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 15-20° isti, gündüz  23-28° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar