Leysan yağacaq, dolu düşəcək - Nazirlikdən xəbərdarlıq

Leysan yağacaq, dolu düşəcək – Nazirlikdən xəbərdarlıq
Want create site? Find Free WordPress Themes and plugins.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

A24.Az xəbər verir ki, iyunun 1-i gündüz şimal və qərb rayonlarından başlayaraq iyunun 3-ü səhərədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Manşet, Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar