Litvada möhtəşəm XOCALI fləşmobu - VİDEO

Litvada möhtəşəm Xocalı fləşmobu – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.
Azərbaycanın Litvadakı səfirliyinin dəstəyi ilə Litva Azərbaycanlı Gənclər Təşkilatının fəal üzvləri Vilnüsün mərkəzində Neris çayının sahilində Xocalı soyqırımına həsr olunmuş fləşmob keçiriblər.
A24.az xəbər verir ki, Vilnüs şəhər meriyasının xüsusi icazəsi ilə keçirilən tədbir Vilnüs sakinlərinin və qonaqlarının ən çox hərəkət etdiyi yerdə və meriyanın qarşısında baş tutub.
100 kv.m sahədə 2000 ədəddən çox xüsusi konstruksiyalı şamdan istifadə edilərək #KHOJALY hərfləri bütün gecə boyu yandırılıb. Vilnüs və Kaunas universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə yanaşı litvalı gənclər də bu flaşmobun təşkilində fəallıq göstəriblər.
Bundan öncə Səfirliyin və Litva Qan Mərkəzinin təşkilatçılığı ilə Xocalı qurbanlarına həsr olunmuş qan vermə aksiyası keçirilib. Qan vermə aksiyasında diplomatlarla yanaşı, diaspor nümayəndələri, tələbələrimiz, litvalı gənclər iştirak ediblər.

AzVision.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar