A24 Xeber

“Liverpul” “Barselona” və “Real Madrid”in rekordlarını yenilədi

“Liverpul” “Barselona” və “Real Madrid”in rekordlarını yenilədi
48
03 May 2018 - 0:30

 İngiltərənin “Liverpul” klubu bir mövsümdə vurulan qol sayında avrokubok rekordunu yeniləyib.

Həmin topun müəllifi İtaliyada “Roma” ilə Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin cavab görüşünün 25-ci dəqiqəsində fərqlənən Jorjinyo Veynaldum olub.

O, son 14 qarşılaşmada komandasının 46-cı qolunu vurub. Bu göstərici isə təkcə ÇL-də deyil, bütün avrokubok turnirləri üçün rekorddur.

Əvvəlki məhsuldarlıq rekordu İspaniya “Barselona”sına məxsus olub. Kataloniya komandası 1999-2000 mövsümündə ÇL-də 16 oyuna 45 qol vurub.

Digər tərəfdən, “Liverpul”un Sadio Mane, Roberto Firmino və Məhəmməd Salahdan ibarət hücum “trio”su 29 qolla ÇL-in məhsuldarlıq rekordunu müəyyənləşdirib. Cavab görüşündə ilk topun müəllifi olan Mane aktivindəki qolların sayını 9-a çatdırıb. Firmino və Salah isə hərəyə 10 dəfə fərqlənib.

Daha əvvəl bu rekord “Real Madrid”in Kriştianu Ronaldu, Kərim Benzema və Qaret Beyldən ibarət “üçlüy”ünə məxsus olub. Onlar 2013-2014 mövsümündə üst-üstə 28 qol vurublar.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00