Lobya konservasının içindən ilan çıxdı – FOTO

Lobya konservasının içindən ilan çıxdı – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Supermarketdən aldıqları yaşıl lobya konserva qutusunu açan bir qadın konservanın içərisində ölmüş ilanın yarısıyla qarşılaşıb.

“A24.az” xarici mediaya istinadən xəbər verir ki, hadisə Fransanın Gironde bölgəsində baş verib.

Yaşıl lobya konserva qabını açan qadın bişirmək üçün onu qazın üzərindəki tavaya töküb. Ev xanımı lobyanın üzərində qara yad cisim görüb və həyat yoldaşını çağırıb. Evli olan cütlük lobyanın içindəki yad cismə baxanda bunun ölmüş ilan olduğunu müəyyən edib. Qeyri-adi hadisəylə rastlaşan cütlük konservanı aldıqları mağazaya gedib və şəkilləri həmin yerin məsul şəxsinə göstəriblər. Mağaza müdiri isə satışa qoyulan məhsulu rəflərdən yığışdıraraq istehsalçı firmaya xəbər verib.

Cütlük isə qarşılaşdıqları bu hadisənin araşdırılması üçün yaşıl lobya ilə birlikdə yarımçıq ilan parçasını da laboratoriyaya təhvil verib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar