A24 Xeber

Londonda partlayış olub, 30 nəfər yaralanıb

Londonda partlayış olub, 30 nəfər yaralanıb
34
03 May 2018 - 9:20

Böyük Britaniyanın paytaxtı Londonun şimalında yerləşən Stemford-Hill rayonunda baş verən partlayış nəticəsində azı 30 nəfər yaralanıb.

A24.Az xəbər verir ki, bunu “Daily Express” yazıb.

Hadisənin baş verməsi ilə bağlı bir neçə versiya var. Məlumata görə, yəhudilər Laqbaomer milli bayramını qeyd edərkən, tonqala partlayıcı atıblar. Bu zaman partlayış baş verib və nəticədə tonqalın ətrafında olanlar yaralanıb.

Digər versiyaya görə, hadisə smartfonun partlaması nəticəsndə baş verib.

(Report)

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00