Londonda terroru törədənin kimliyi açıqlandı

Londonda terroru törədənin kimliyi açıqlandı
Want create site? Find Free WordPress Themes and plugins.

Londonda terror aktı törədənin şəxsiyyəti müəyyənləşdirilib. 

“A24.az”ın “RİA Novosti”yə  istinadən verdiyi xəbərə görə, “Skotland Yard”ın məlumatına əsasən, hücum Böyük Britaniyada anadan olmuş Kent qraflığının sakini 52 yaşlı Xalid Məsud tərəfindən törədilib.

Terror aktından əvvəl onun barəsində istintaq tədbirlərinin aparılmadığı bildirilir. Xalid Məsudun əvvəllər də  cinayət məsuliyyətinə cəlb olunduğu qeyd olunur. O, hücumlar törətməkdə, ağır bədən xəsarətləri yetirməkdə, qanunsuz silah daşımaqda və ictimai asayişi pozmaqda ittiham olunaraq bir neçə dəfə məhkumluq həyatı yaşayıb.

“Onun terror xarakterli hər-hansı cinayət üzrə məhkumluğu olmayıb”, – deyə məlumatda bildirilir.

Son məlumata görə, Xalid Məsudun törətdiyi terror aktı nəticəsində 3 nəfər ölüb, 40 nəfər xəsarət alıb. Cinayətə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar