Londonun müsəlman meri terrorçulara səsləndi

Londonun müsəlman meri terrorçulara səsləndi
Want create site? Find Free WordPress Themes and plugins.

Londonun müsəlman meri Sadiq Xan Londonun dünyanın ən təhlükəsiz şəhərlərindən biri olacağını bildirib.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Sadiq Xan Vestminstrdə avtomobili ilə piyadaları əzən və bıçaqla polisə hücum edən şəxsi zərərsizləşdirən təhlükəsizlik qüvvələrini, eləcə də yaralılara kömək edən tibbi heyəti təbrik edib. Sadiq Xan fikirlərini belə bildirib: “Ürəyim sevdiklərini itirənlər və bugünkü hücumdan zərərçəkənlərlədir. Şəhərimizdə təhlükəsizliyin təmin edilməsi üçün çalışan bir polis faciəvi şəkildə həlak olub. Onun ailəsi mənim diqqətimdədir. Bizə zərər vermək və həyatımıza xələl gətirmək istəyənlərə demək istəyirəm ki, onlar bunu bacara bilməyəcək, bizi ayıra bilməyəcəklər. Biz terrorçulardan qorxmuruq”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar