Lotu Quli ilk “sxodka”sını keçirdi - Kriminal generallar İstanbula toplandı

Lotu Quli ilk “sxodka”sını keçirdi – Kriminal generallar İstanbula toplandı
Want create site? Find Free WordPress Themes and plugins.
Lotu Quli ləqəbli “qanuni oğru” Nadir Səlifov azadlığıa çıxdıqdan sonra ilk dəfə “sxodka” keçirib.
A24.Az BakuPost-a istinadən xəbər verir ki, İstanbuldakı iqamətgahında baş tutan “sxodka”da 10-a yaxın “qanuni oğru” “taclandırılıb”. Onlar arasında Yunanıstandan olan avtoritetlər də var. Qonaqlar arasında kutaisililər – Qayoza Zviadadze və Zaal Maxaroblidze xüsusilə seçilib. Buna qədər Quli özünə ideoloji cəhətdən yaxın, azadlığa çıxması münasibətilə ona hörmətlərini göstərmək istəyən “qanuni oğru”ları qəbul edib.
Görüşdə “oğru aləmi”ndə baş verən proseslər müzakirə olunub.
Qeyd edək ki, Lotu Quli uzun müddət həbsdə yatdıqdan sonra 2017-vi ilin oktyabr ayında azadlığa buraxılıb. Vəkilləri onun cəzasının çox hissəsini çəkdiyi üçün vaxtından əvvəl azad olunması ilə bağlı məhkəməyə müraciət ediblər. Məhkəmə Qulinin vəsatətini təmin edib və o, cəzasını qalan qismini çəkməkdən azad edilib. Azadlığa buraxılan Lotu Quli dərhal ölkəni tərk edib.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar