A24 Xeber

Lukaşenkodan cəsarətli açıqlama: Ərazilər azad olunmalıdır

Lukaşenkodan cəsarətli açıqlama: Ərazilər azad olunmalıdır
73
22 Mart 2018 - 23:21

“İşğal altında olan ərazilər azad olunmalı, regionda sülh və təhlükəsizlik bərpa edilməlidir”.

A24.az xəbər verir ki, bu fikirlər Tbilisidə səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenkonun gürcü həmkarı Georgi Marqvelaşvili ilə görüşündə səslənib.

A.Lukaşenko ilə G.Marqvelaşvili arasında keçirilən təkbətək görüşdə dünyada baş verən hadisələr, təhlükəsizlik, regional əməkdaşlıq, iqtisadi, siyasi, humanitar sahələrdə əlaqələrin inkişafı və s. məsələlər müzakirə olunub.

Bildirilib ki, işğal altındakı ərazilərdə süni maneələrin yaradılması, inşaat və infrastruktur layihələrin həyata keçirilməsi yolverilməzdir.

Tərəflər regionda sülhün və təhlükəsizliyin bərqərar olmasının, işğal olunmuş ərazilərdən didərgin düşmüş insanların hüquq və azadlıqlarının qorunmasının vacibliyini xüsusi qeyd ediblər.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00