A24 Xeber

Lüterançılar Mübariz Qurbanlını məhkəməyə verdi – Səbəb?

Lüterançılar Mübariz Qurbanlını məhkəməyə verdi – Səbəb?
38
30 May 2018 - 16:51

“Bakı şəhərindəki Yevangelst-Lüteran İcması” məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı iddia qaldırıblar.

“A24.az” “Qafqazinfo”ya istinadən bildirir ki, icra üzvləri komitə sədri Mübariz Qurbanlının hərəkətlərinin qanunsuz hesab edilməsini, vəzifələrinin qanuna müvafiq icra edilməsi, icma ilə olan hüquq münasibətlərinə aydınlıq gətirilməsini tələb ediblər.

İddiaya ilkin olaraq 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılıb və çıxarılan qərardada əsasən iddia mümkünsüz sayılıb.

Daha sonra Lüterançılar qərardan narazı qalaraq apellyasiya şikayəti veriblər. Hazırda işə Bakı Apellyasiya Məhkəməsinin hakimi Həmid Həmidovun sədrliyi ilə baxılır.

“Qafqazinfo” Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sorğu göndərərək həmin icma ilə bağlı sədrin hansı qərarlar verdiyinin aydınlaşdırılmasını istəyib. Qurumdan bildirilib ki, məsələ araşdırıldıqdan sonra mediaya məlumat veriləcək.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00