Lütfi Zadənin qəbirüstü abidəsi düzəldiləcək?

Lütfi Zadənin qəbirüstü abidəsi düzəldiləcək?
Want create site? Find Free WordPress Themes and plugins.

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin qəbirüstü abidəsi hazırlanır.

“A24.az” bildirir ki, AMEA-dan verilən xəbərə görə, abidənin hazırlanması məşhur heykəltəraş, xalq rəssamı, akademik Ömər Eldarova həvalə edilib.

Ö.Eldarov abidənin orijinal və tamamilə fərqli üslubda olacağını bildirib: “Hazırda Lütfi Zadənin qəbirüstü abidəsinin layihəsi üzərində işləyirəm. Abidənin hansı formada olacağını izah etmək çətindir. Onu deyə bilərəm ki, qəbirüstü abidədə qapı simvolu olacaq”.

Ö.Eldarov büstün alimin ildönümü mərasiminə kimi hazır olacağını deyib.

Qeyd edək ki, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə 2017-ci il sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib. O, vəfatından əvvəl Azərbaycanda dəfn edilməsi ilə bağlı vəsiyyət yazıb. Alimin nəşi sentyabrın 29-da Azərbaycana gətirilərək I Fəxri xiyabanda dəfn edilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar