A24 Xeber

Maaşlarının artırılmasına deputatdan münasibət: “Ehtiyacı olanların maaşı artmalıdır…”

Maaşlarının artırılmasına deputatdan münasibət: “Ehtiyacı olanların maaşı artmalıdır…”
106
04 May 2018 - 12:19

“Mənə elə gəlir ki, əvvəl ehtiyacı olanların maaşı artmalıdır, sonra isə bizim…”

“A24.az” xəbər verir ki, bu sözləri Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, millət vəkili Araz Əlizadə deyib.

Millət vəkili Milli Məclisin deputatlarının maaşları ilə yanaşı, onlara verilən əlavələrin də artırılması ilə bağlı dəyişikliyə münasibət bildirərkən bunları deyib:

“Vallah ordan gələn mən, amma xəbər verən sizsiniz. Mən belə bir şey eşitməmişəm. Hazırda iclasa gedirəm, mənim bundan xəbərim yoxdur. Bəlkə də olacaq, maaşlara əlavə ediləcək, amma hal-hazırda sizə bir söz deyə bilmərəm. Mənə elə gəlir ki, əvvəl ehtiyacı olanların maaşı artmalıdır, sonra isə bizim…”

Qeyd edək ki, Milli Məclis deputatlarının maaşları ilə yanaşı, onlara verilən əlavələr də artırılır. Bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik edilir. Dəyişiklik layihəsi Milli Məclisin bu gün (4 may 2018) keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Dəyişikliyin mayın 1-dən tətbiq edilməsi nəzərdə tutulur.

Dəyişikliyə əsasən, Milli Məclisdə ən yüksək maaşı parlamentin sədri (3 min 712 manat 50 qəpik), aşağı maaşı isə sıravi deputat (2 min 598 manat) alacaq.

A24.az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00