A24 Xeber

Magistr olmaq istəyənlər, DİQQƏT! Bu xəbər sizin üçündür

Magistr olmaq istəyənlər, DİQQƏT! Bu xəbər sizin üçündür
54
25 May 2018 - 10:34

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

“A24.az” xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının 2-ci mərhələsi iyunun 3-də keçiriləcək.

Buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00