A24 Xeber

Magistraturaya ixtisaslaşma seçimi müddəti uzadıldı

Magistraturaya ixtisaslaşma seçimi müddəti uzadıldı
20
14 İyun 2018 - 16:35

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi müddəti uzadılıb.

Dövlət İmtahan Mərkəzindən A24.Az-a verilən məlumata görə, seçim iyunun 20-si saat 10:00-dək davam edəcək.

İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrini təsdiq etsinlər.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00