A24 Xeber

Mahmud Abbas yenidən xəstəxanaya yerləşdirildi

Mahmud Abbas yenidən xəstəxanaya yerləşdirildi
22
20 May 2018 - 23:19

 Fələstin prezidenti Mahmud Abbas qulağında əməliyyat olunduqdan sonra yenidən xəstəxanaya yerləşdirilib.

Bu barədə Fələstin Azadlıq Təşkilatının baş katibi Saib Oreykat bildirib.

O, qeyd edib ki, əməliyyatdan sonra 83 yaşlı Mahmud Abbasın səhhəti ağırlaşıb. Saib Oreykatın sözlərinə görə, M.Abbas sabah ya da birisi gün xəstəxananı tərk edəcək.

“Mən onunla idim. Biz söhbət etdik, zarafatlaşdıq. Prezidentin vəziyyəti əladır. Düşünürəm ki, o, xəstəxanada sabaha, yaxud birisi günə kimi qalacaq”, – deyə o bildirib.

Saib Oreykat M. Abbasın xəstəxanaya yerləşdirilməsini əməliyyatdan sonrakı soyuqdəymə ilə əlaqələndirib. Fələstin prezidenti bu yaxınlarda əməliyyat olunub. //report

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00