Makedoniya prezidenti ölkənin adını dəyişməkdən imtina etdi

Makedoniya prezidenti ölkənin adını dəyişməkdən imtina etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Makedoniya prezidenti Qeorqe İvanov Skopye ilə Afina arasında imzalanmış, ölkənin adının dəyişdirilməsini nəzərdə tutan müqavilə ilə razılaşmadığını bəyan edib.

A24.Az xarici mətbuata istinadən xəbər verir ki, Q.İvanov  “Bu müqavilə cəmiyyəti birləşdirmir, əksinə onu daha çox ayırır. Mən Makedoniya xalqının və Makedoniya Respublikasının vətəndaşlarının ləyaqətini pozmayacaq həll üçün çalışacağam”, deyə qeyd edib.

Onun sözlərinə görə, müqavilə ölkə konstitusiyasını pozur.

 Q.İvanov həmçinin deyib ki,  Makedoniyanın NATO və Avropa İttifaqına can atması bu addıma haqq qazandırmır: “Bu mənim yekun mövqeyimdir. Təzyiq, şantaj və təhdidlərlə məni sarsıtmağa imkan verməyəcəyəm. Bu zərərli müqaviləni təsdiq etməyəcəyəm”.
A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar