Makedoniyanın adının dəyişdirilməsi rəsmi olaraq təsdiqləndi

Makedoniyanın adının dəyişdirilməsi rəsmi olaraq təsdiqləndi
Want create site? Find Free WordPress Themes and plugins.

Makedoniya hökuməti ölkənin Şimali Makedoniya Respublikası adlanacağı barədə Yunanıstanla imzalanmış razılaşma ilə bağlı qanun layihəsini təsdiqləyib.

A24.Az Trend-ə istinadən bildirir ki, bundan sonra layihə ratifikasiya üçün parlamentə təqdim olunacaq.

Saziş hər iki ölkənin daxili prosedurlarla sənədi təsdiq etməsindən sonra qüvvəyə minəcək.

Yeni qərar ölkədə etirazlarla qarşılanıb.

Qeyd edək ki, dünən Yunanıstan və Makedoniya xarici işlər nazirləri Nikos Kotzias və Nikola Dimitrov keçmiş yuqoslav respublikasının Şimali Makedoniya Respublikası adlanacağı barədə razılaşma imzalayıblar.

Yunanıstan və Makedoniya arasında adla bağlı mübahisə 25 ildən artıqdır ki davam edir və bu ziddiyət Makedoniyanın NATO və Avropa İttifaqına üzvlüyünə mane olur. Afina qonşu respublikanın adını Yunanıstanın Makedoniya vilayəti ilə qarışdırmamaq üçün dəyişdirməyi tələb edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar