A24 Xeber

Makron: “İrana dair yeni saziş əvvəlkindən daha geniş olacaq”

Makron: “İrana dair yeni saziş əvvəlkindən daha geniş olacaq”
144
25 Aprel 2018 - 8:43

“İrana dair yeni saziş əvvəlkindən daha geniş olacaq”.

“A24.az”ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Fransa prezidenti Emmanuel Makron ABŞ-da amerikalı həmkarı Donald Trampla birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Biz razılaşmanı ləğv etmirik. Biz yeni, daha geniş saziş hazırlayacağıq”, – deyə E.Makron qeyd edib.

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında Tehranın nüvə proqramına dair Birgə Fəaliyyət Planı 2015-ci ilin iyulun 14-də Vyanada imzalanıb. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə BMT TŞ, ABŞ və Aİ-nin tətbiq etdiyi sanksiyalar tədricən ləğv edilir.

D.Tramp sazişlə əlaqədar dəfələrlə narazılığını bildirib və düzəlişlər edilməyəcəyi təqdirdə ABŞ-ın razılaşmadan çıxacağını bildirib.

Bundan sonra ABŞ, Britaniya, Fransa və Almaniya bu ilin yanvarında İranla sövdələşməyə dair əlavə razılaşmanın hazırlanması üçün birgə qrup yaradıblar.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00