Makron vədinə əməl edir: Fransada əsgərlik məcburi olacaq

Makron vədinə əməl edir: Fransada əsgərlik məcburi olacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Fransa prezidenti Emmanuel Makronun seçki kampaniyası zamanı vəd etdiyi gənc qadın və kişilərin məcburi əsəgərlik xidməti həyata keçir.

“A24.az” “Reuters”ə istinadən xəbər verir ki, Makron tərəfindən yaradılmış işçi qrupu məcburi əsgərliklə bağlı hazırladığı hesabatı təqdim edib. Belə ki, 16 yaşından etibarən fransızların ən azı 1 ay məcburi əsgərlik xidməti keçməsi planlaşdırılır. Lakin istəyənlər əsgərliyin müddətini uzada bilər. Əsgərlik müddətini uzadacaq fransız gənclərə pul müqabilində işləmək imkanının təklif edilməsi gözlənilir.

Lahiyənin təsisçisi General Menaouine “1 aylıq müddətdə idman fəaliyyətləri, böhran vəziyyətlərində idarəçilik, dövlət və vətəndaşlıq prinsiplərinin açılanması məqsəd daşıyır” deyib.

May ayında təsdiq edilməsi gözlənilən hesabatın nəzərdə tutduğu əsgərlik modelinin 2,4 – 3,1 milyard avroluq büdcə tələb etdiyi deyilir. Fransa Silahlı Qüvvələrinin isə onsuz da məhdud olan büdcələrini paylaşmaqdan çəkindikləri məlum olub.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar