“D-8” ölkəsi olan Malayziya

Malayziya müstəqilliyinin 59-cu ildönümünü qeyd edir
Want create site? Find Free WordPress Themes and plugins.

“A24.az”ın məlumatına görə cənub-şərqi Asiyanın müsəlman ölkələrindən olan Malayziyanın müstəqilliyinin 59-cu ildönümüdür. 1947-ci ildə ingilislərə qarşı apardıqları mübarizə ilə müstəqilliklərini əldə edən Malayziya xalqı Mərdəka Gününü böyük coşqu ilə qeyd edir. Paytaxt Kuala Lumpurda Müstəqillik Meydanında keçirilən müstəqillik günü mərasimlərində Sultan Abdulhalim Muazzam Şah və baş nazir Nəcib Rəzaq başda olmaqla səlahiyyətli şəxslər iştirak etdilər.

malezya-bagimsizliginin-59-yilini-kutluyor-8741870_x_9871_o

II Dünya Müharibəsindən sonra Malayziyada 1946-cı ildə Malay müsəlmanlarının yaratdığı Birləşmiş Malay Milli Birliyinin (UMNO) rəhbərliyilə ingilis müstəmləkəçilərindən xilas olmaq məqasədilə müstəqillik mübarizəsi başladı. Ölkə 1957-ci ildə ingilislərdən müstəqilliyini əldə etdi. 1963-cü ildə Sinqapur və Borneo adasında Sabah və Saravakın ölkəyə əlavə edilməsilə Malayziya Federasiyası adını aldı. Parlamentar monarxiya quruluşu ilə idarə edilən ölkədə 59 ildən bəri milli koalisiya hökumətləri iqtidardadır. 13 əyalətdən ibarət ölkədə 9 sultan vardır. Sultanların biri hər beş ildən bir dəyişərək federal sultanlıq vəzifəsinə gətirilir. Sultanlar rəhbərlik və ya siyasi həyatda rəmzi əhəmiyyətə malikdirlər.

Malayziya 60 milyondan artıq əhali meyarına uyğun olmasa da Malay irqi bölgədə çox olduğuna, İndoneziya ilə eyni kökdən olduqlarına, milli gəliri yüksək ölkə olduğuna görə 15 iyun 1997-ci ildə mərhum Prof. Dr. Nəcməddin Ərbakanın rəhbərliyilə yaradılan “D-8”-də aktiv rola malik olmuş, maliyyə, sənaye və əkinçilik sahələrində inkişafı qarşılarına məqsəd qomuşdur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İqtisadiyyat, Din, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar