Manat möhkəmləndi, qiymətlər niyə ucuzlaşmadı? - NƏ BAŞ VERİR?

Manat möhkəmləndi, qiymətlər niyə ucuzlaşmadı? – NƏ BAŞ VERİR?
Want create site? Find Free WordPress Themes and plugins.

“Dollar manata nisbətən möhkəmlənən zaman məhsulların qiymətinin artıran sahibkarlar indi nədənsə qiyməti aşağı salmaq haqda düşünmürlər”

A24.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov manatın dollara nisbətən möhkəmlənməsinə baxmayaraq, sahibkarların qiymət endirməməsinə münasibət bildirərkən deyib.

Vüqar Bayramov
Vüqar Bayramov

İqtisadçının sözlərinə görə, bir ay öncə manat dollara nisbətən möhkəmlənməyə başladı:

“Belə ki, fevralın 3-də manatın dollara qarşı kursu əvvəlki günə nisbətən 1.9200-dən 1.91.11-dək dəyişdi. Bundan sonrakı günlərdə də manat ucuzlaşmaqda davam etdi. Düzdür, bir neçə gündür ki, dolların məzənnəsində qismən bahalaşma müşahidə olunur və ABŞ valyutası bü günə 1.7548 məzənnəsi ilə daxil oldu. Məqsədim heç də yenidən manatın möhkəmlənmə səbəblərinə toxunmaq deyil. Xatırlayırsınızsa, manat möhkəmlənən və ya dollar manata nisbətən ucuzlaşan zaman sahibkarlar 1 aydan sonra qiymət azalamalarının olacağını demişdilər. 1 ay arxada qaldı, amma hələ də qiymətlərdə eniş yoxdur. Xüsusən də, idxal olunan malların qiymətinin enməməsi və ya endirilməməsi təəccüb doğurmaya bilməz. Əvvəlki günlərdə anbarlarda məhsulların olması bəhanə gətirilirdisə, artıq bu arqument də işləmir. Digər tərəfdən, xeyli sayda ərzaq məhsullarının saxlama müddəti günlərlə ölçülür. Maraqlıdır ki, dollar manata nisbətən möhkəmlənən zaman məhsulların qiymətinin artıran sahibkarlar indi nədənsə qiyməti aşağı salmaq haqda düşünmürlər”.

Ekspert əlavə edib ki, mart ayının bayramlar ayı olduğunu da nəzərə alsaq, sahibkarların qiymət endirimlərində maraqlı olmayacağını proqnozlaşdırmaq çətin deyil:

“Hətta əvvəlki illərin təcrübəsi göstərir ki, bayramlar zamanı qiymətlərin azalması deyil, artımı müşahidə edilir. Bazar qaydaları çərçivəsində qiymət monitorinqlərinin gücləndirilməsinə ehtiyac var ki, qiymət azalmaları gözləyən istehlakçılar əksinə, yeni qiymət artımları ilə üzləşməsinlər”, – deyə V.Bayramov bildirib.

Azərbaycan Mərkəzi Bankı
Azərbaycan Mərkəzi Bankı

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankından A24.Az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi martın 2-i ilə müqayisədə 0,19% bahalaşaraq 1,7548 manat təşkil edib.

Orxan Aslanlı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar