Manvel Qriqoryan zooparkındakı heyvanlara erməni əti yedizdirib — DƏHŞƏTLİ FAKTLAR

Manvel Qriqoryan zooparkındakı heyvanlara erməni əti yedizdirib — DƏHŞƏTLİ FAKTLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistanda ordu generalı Manvel Qriqoryanın həbsindən sonra müxtəlif cinayətləri üzə çıxıb.

“A24.az” xəbər verir ki, ermənilər 90-cı illərdə itkin düşən qohumlarının axtarışı üçün milli təhlükəsizlik xidmətinə müraciət ediblər.

Manvel düşmənləri və xoşuna gəlməyən adamların başına oyun açıb. O, insanlara işgəncə verib, zəncirdə saxlayıb və aclıqdan öldürüb. Ermənistanda danışırlar ki, general zooparkındakı heyvanları əsir saxladığı adamların əti ilə yemləyib.

Bloqçu Mikael Manukyan “Facebook”dakı səhifəsində dəhşətli arxiv fotoları yayıb. Fotolarda Manvelə iri məbləğdə pul “atan” şəxsin başına gətirilən oyunlar var.

Onu uzun müddət döyüblər. Sonra isə zəncirləyib ac-susuz zirzəmidə saxlayıblar.

Maya Mnoyanın qardaşını da Qriqoryan 90-cı illərdə oğurlayıb. Ailə isə bundan sonra ABŞ-a qaçmaq qərarına gəlib:

“20 illik sükutu pozuram. Mənim ailəm bu məsələyə görə ABŞ-a qaçıb. 1997-ci ildə 21 yaşlı qardaşıb Edqar Mnoyan maliyyə nazirliyinə işə düzəldi, onu oğurladılar.

Qeyd edim ki, hərbi xidmətə çağırıldıqdan bir müddət sonra onu Manvel Qriqoryanın Armavirdəki villasına mühafizəçi kimi apardılar. O dövrdə ailəmiz kifayət qədər imkanlı idi. Atam tez-tez qardaşıma baş çəkirdi. Onun bu səfərləri və maşını Qriqoryanın nəzərindən qaçmamışdı. Qardaşım hərbi xidməti bitirəndə bizi nələrin gözlədiyini anladıq.

Qardaşımın oğurlanması barədə bizə hansısa Smbatyan məlumat verdi. O, zəng edərək 10 min dollar tələb etdi və dedi ki, guya qardaşım Manvelin villasından oğurluq edib. Pul ödəndikdən sonra onu buraxacaqlar.

Biz tələb etdik ki, qardaşım oğurluq edibsə, onu hüquq-mühafizə orqanlarına versinlər və işə qanuni baxılsın. Amma bizə dedilər: “Qanun bizik, onun cəzasını biz verəcəyik”. Sonra isə dedilər ki, istədiklərini verməsək, qardaşımı bizə doğrayıb hissə-hissə göndərəcəklər.

Biz pulu ödədik, amma dəhşət bitmədi. Bu hələ başlanğıc idi. Bizdən çox şey tələb edirdilər. Onların istəkləri sərhədini aşmışdı. Hətta atama deyirdilər ki, qızların pis deyil, gözəldir.

Tələb olunan pulu, maşını, mülkü verdik və ümid edirdik ki, Edqarın səsini eşidəcəyik. Amma bilmədik ki, qardaşım sağdır ya yox. Növbəti dəfə bizdən 1 kilo qızıl tələb etdilər. 3 ay ərzində bizi tam müflis etdilər. Bizə yeməyi dostlarımız və qohumlarımız verirdi. Sadəcə bir mənzilimiz qalmışdı. Atamı və anamı silahla təhdid edərək notariusa apardılar və evi də əlimizdən aldılar. Edqar haqqında nəsə öyrənmək istəyən qohumlarımızı da oğurlayıb girov saxlayırdılar.

Bibimin əri nəsə öyrənmək üçün Arşalyusa getdi və onu da əsir götürdülər. 1 ay onu işlətdilər və 8 min dollar alıb buraxdılar.

Qardaşım isə Manvelin bir əskərinin sayəsində sağ qalıb. O, Edqarın saxlanıldığı quyuya aradabir sarımsaq atıb ki, qardaşım sağ qalsın. Sonra biz Ermənistanı tərk etdik. Əvvəl Gürcüstana, sonra isə ABŞ-a köçdük”.

Manvel Qriroqryan Qarabağ müharibəsində də erməni əskərlərinə işgəncə verib. Videoların birində o, ordu əskərini asmağı əmr edir.

Ölke.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya, Foto xəbər, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar