Mariya Zaxarova Rusiya-Azərbaycan münasibətlərindən danışdı

Mariya Zaxarova Rusiya-Azərbaycan münasibətlərindən danışdı
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya və Azərbaycan arasında münasibətlər bütün istiqamətlərdə inkişaf edir.

“A24.az” xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O qeyd edib: “Əsas odur ki, bütün istiqamətlərdə – humanitar, siyasi, iqtisadi sahələrdə münasibətlər inkişaf edir. Əlbəttə ki, bütün istiqamətləri bir-bir sadalamaq mümkün deyil”.

XİN rəsmisi bildirib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı çox müsbət tendensiyadır.

Qeyd edək ki, Rusiya Azərbaycanın strateji tərəfdaşıdır. Ötən il iki ölkə diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd edib. Ölkələr arasında indiyədək 170-dən çox sənəd imzalanıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar