A24 Xeber

Masallıda iki ağır qəza – Ölü və yaralılar var

Masallıda iki ağır qəza – Ölü və yaralılar var
897
27 Mart 2017 - 20:00

Masallı rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. A24.Az xəbər verir ki, Təzə Alvadı kəndində rayon sakini Rəhim İsmayılovun idarə etdiyi “Mercedes” və Cəlilabad rayon sakini Mirqoşqar Mürsəlovun idarə etdiyi “VAZ-2101” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ-2101″in sürücüsü M.Mürsəlov hadisə yerində ölüb, digər sürücü isə xəstəxanaya yerləşdirilib.

Masallıda digər bir hadisə zamanı isə piyada həyatını itirib. Belə ki, Masallı şəhərində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini Vüsalə Cavadova vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Hadisəni törədən “QAZ-32213” markalı avtomobilin sürücüsü – Ərkivan qəsəbə sakini Əzizəli Həşimov könüllü Rayon Polis Şöbəsinə gələrək təslim olub.

Hər iki faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00