Masallıda yaşayış evi yandı

Masallıda yaşayış evi yandı
Want create site? Find Free WordPress Themes and plugins.

Masallıda 3 otaqlı yaşayış evi yanıb.

A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mollahəsənli kəndində, 1975-ci il təvəllüdlü Sakit Təvəkkül oğlu İbrahimova məxsus evdə baş verib.

Kənd sakinlərinin sözlərinə görə, yanğın anidən baş verib və tez bir zamanda bütün evi əhatə edib. Yanğın zamanı evdən heç bir əşya çıxarmaq mümkün olmayıb.

 Hadisənin elektrik naqillərində yaranan qısaqapanmadan baş verdiyi bildirilir.

Hadisə yerinə yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar