A24 Xeber

Masallıda yol qəzası: 4 nəfər xəsarət aldı

Masallıda yol qəzası: 4 nəfər xəsarət aldı
51
13 Aprel 2018 - 5:57

 Masallı rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

A24.Az “Report”a istinadən xəbər verir ki, Ələt-Astara magistralının rayon ərazisinə düşən 176 km-də “VAZ-2107” markalı “44-BT-038” dövlət qeydiyyat nişanlı avtomaşın idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb.

Yoldan çıxan maşın 2 metr çökəklikdəki ağaclıq ərazidə müxtəlif maneələrə dəyərək 20 metrə qədər hərəkət etdikdən sonra dayanıb. Nəticədə avtomaşında olan 4 nəfər Masallı rayon Kalinovka kənd sakinləri xəsarətlər alıblar.

Yaralılar hadisə yerinə cəlb olunan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası əməkdaşları və ətrafdakıların köməkliyi ilə Masallı Rayon Mərkəzi Xəstəvanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata, ilkin müayinələrin nəticəsinə görə yaralılardan ikisinin vəziyyəti ağır, daha ikisinin vəziyyəti isə nisbətən tüngüldür. Hələlik müayinələr davam edir.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00