A24 Xeber

Masallıdakı yanğında ölənlərin sayı artdı – Yenilənib

Masallıdakı yanğında ölənlərin sayı artdı – Yenilənib
81
08 May 2018 - 10:17

Masallıda evdə baş verən yanğın zamanı xəsarət alan daha bir nəfər ölüb.  

“A24.az”ın APA-ya istinadən verdiyi xəbərə görə, yanıq xəsarətləri alan şəxs Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda vəfat edib. Bununla da yanğın zamanı ölənlərin sayı 3-ə çatıb.

Qeyd edək ki, Masallı rayonu, Təzə Alvadı kəndində ümumi sahəsi 180 m2 olan taxta konstruksiyalardan ibarət iki mərtəbəli 7 otaqlı evin dam örtüyü, 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibinin oğlu, 1973-cü il təvəllüdlü Əzimov Namiq Kamran oğlu və onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Əzimova Zeynəb Soltanabad qızının yanmış meyitləri aşkar olunub. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb və 3 nəfər xilas edilib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00