A24 Xeber

Masazırda təhlükə: sürüşmə-çökmə prosesi aktivdir

Masazırda təhlükə: sürüşmə-çökmə prosesi aktivdir
564
03 Mart 2017 - 13:37

Abşeron rayonunun Masazır qəsəbəsindəki “Zəli gölü” adlanan ərazidə baş verən sürüşmə-çökmə prosesinin əhatə sahəsi genişlənə bilər.

“A24.az” bildirir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, Masazırda “Zəli gölü” adlanan ərazidə baş verən sürüşmə-çökmə prosesi aktiv fazadadır, yəni proses davam edir: “Orada 7 yaşayış evi qəzalı vəziyyətə düşüb və tam yararsız vəziyyətdədir. Digər evlərdə və hasarlarda isə çatlar əmələ gəlib”.

Ə.Qaralov qeyd edib ki, əraziyə düşən atmosfer yağıntılarının miqdarı çox olduğundan, eyni zamanda ərazidəki yaşayış evlərinin kanalizasiya sistemlərinin olmadığından və bütün sular birbaşa torpağın üzərinə axıdıldığından torpaq tam doyub. Bu səbəbdən də ərazidə sürüşmə baş verir.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00