A24 Xeber

“Maşın” şounun yayım tarixi dəyişdi

“Maşın” şounun yayım tarixi dəyişdi
45
17 May 2018 - 14:08

28 may tarixində ilk efir həyəcanını yaşaması planlaşdırılan “Maşın” şounun efir tarixi dəyişilib.

A24.Az Oxu.az-a istinadən xəbər verir ki,  Əməkdar artist Murad Dadaşovun təqdimatında yayıma start verəcək şou 29 may, saat 22:00-da ATV-də tamaşaçılarla görüşə gələcək.

Xatırladaq ki, “Maşın” şounun başlanması üçün bütün hazırlıqlar sona çatmaq üzrədir.
Artıq bütün danışıqlar başa çatıb, konsepsiya hazırdır və konsepsiyaya uyğun olaraq dekor qurulur.

Bu dəfə “Maşın”  “Xanımlar və Cənablar-2” adı altında yayımlanacaq. Doqquz tanınmış kişi və doqquz tanınmış  qadın maşın uğrunda mübarizədə qarşı-qarşıya gələcək.

Yayımlandığı müddətdə reytinqlərdə birinci olan “Maşın” realiti şousunun iştirakçı heyəti də  artıq tam bəllidir. Budəfəki heyətdə yeni adlar çoxluq təşkil edir və onların kimliyi hələlik gizli saxlanılır.

Beləliklə, 16-cı sürətilə evlərinizə qonaq gələn “Maşın” düz 12 gün sonra sizə maraqlı və həyəcan dolu bir şou nümayiş etdirmək niyyətindədir.

A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00