Maşınıyla iki uşaq anasını vurub öldürdü, amma sərbəst buraxıldı - BAKIDA

Maşınıyla iki uşaq anasını vurub öldürdü, amma sərbəst buraxıldı – BAKIDA
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“A24.az” “Report”a istinadən xəbər verir ki,1982-ci il təvəllüdlü İmaməliyeva Lalə Salman qızı iyunun 9-da Heydər Əliyev prospektində yolu keçərkən avtomobil tərəfindən vurulub.

İki azyaşlı övladı olan L.İmaməliyeva aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib.

Qəzanı “85-CA-611” dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü törədib.

Hadisə şahidlərinin dediyinə görə, avtomobilin sürəti yüksək olduğundan, piyada bir neçə metr hündürlüyə qalxaraq yerə düşüb. Hadisəni törədən sürücü maşından düşərək qadına köməklik göstərib.

L.İmaməliyevanın ailə üzvlərinin sözlərinə görə, Nizami Rayon Polis İdarəsində fakt üzrə cinayət işi başlanılıb. Onlar qeyd edib ki, işi araşdıran müstəntiq Elşən Bədirzadə qəzanı törədən sürücünün saxlanıldığını deyib. Lakin bir neçə gün sonra məlum olub ki, sürücü sərbəst buraxılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar