Maştağa-Zabrat yolunda QƏZA: sürücü şoka düşdü - VİDEO

Maştağa-Zabrat yolunda QƏZA: sürücü şoka düşdü – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün səhər saatlarında Maştağa-Zabrat şosesində yol qəzası baş verib.

“A24.az” “Report”a istinadla xəbər verir ki, naməlum maşın 90-LR-191 dövlət nömrə nişanlı “Hyundai Accent” markalı avtomobili arxadan vurub.

Nəticədə “Hyundai Accent” markalı nəqliyyat vasitəsi yol kənarındakı dərəyə yuvarlanıb.

Şahidlərin sözlərinə görə, “Hyundai” üzü Zabrat istiqamətində hərəkət edərkən yol ayrıcından sürətlə çıxan ağ rəngli krossover onu vurub. Qəza törədən maşının sürücüsü hadisə yerindən qaçıb.

“Hyundai”ın sürücüsü ciddi xəsarət almasa da, şok vəziyyətinə düşüb, avtomobilə ciddi ziyan dəyib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar