"Mavi balina" oyunu bu dəfədə də Azərbaycandan 14 yaşlı bir gəncin canını aldı

“Mavi balina” oyunu bu dəfədə də Azərbaycandan 14 yaşlı bir gəncin canını aldı
Want create site? Find Free WordPress Themes and plugins.

Tovuz rayonunun Əlimərdanlı kəndində intihar hadisəsi qeydə alınıb.

A24.Az Unikal.Org-a istinadla Kənd sakini, 2004-cü il təvəllüdlü Heydər Mahmud oğlu Yusifovun meyiti yaşadığı evin həyətində asılmış vəziyyətdə aşkar edilib. Faktla bağlı rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Məsələ ilə bağlı  açıqlama verən Əlimərdanlı kənd bələdiyyəsinin sədri Şirin Əhmədov şagirdin oyun oynadıqdan sonra intihar etdiyini bildirib:

“O, Əlimərdanlı kənd Mərdan Musayev adına orta məktəbin 8-ci sinif şagirdi idi. Deyilənə görə, oyun oynadıqdan sonra gedib, özünü asıb. Mərhumun ailəsi problemli olmayıb, 100 faiz ehtimal edilir ki, oyuna görə özünü öldürüb. Heydər Yusifovun cəsədi həyətlərində asılmış vəziyyətdə tapılıb. Anası görəndə gec olub. Həmin vaxt uşaq dünyasını dəyişibmiş. Ailədə iki uşaq idilər. Evin tək oğlu idi, mərhumdan başqa ailənin bir qız övladı da var”.

Məlumata görə, 14 yaşlı məktəbli dünyada təhlükəli sayılan “Mavi balina” oyununu oynadıqdan sonra həyatına son qoyub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq, Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar