Mayamidə təhlükə - VİDEO

Mayamidə təhlükə – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Amerika Birləşmiş Ştatlarının ən çox turist cəlb edən şəhərlərindən biri Mayamidə “Zika” virusu həyəcanı yaşanır.

“A24.az”-ın məlumatına görə, ATV.az xarici KİV-ə istinadən bildirir ki, yerli dairələrin məlumatına görə, son bir neçə gün ərzində daha bir neçə nəfərin “Zika” virusuna yoluxduğu məlum olub. Bu üzdən şəhərdə genişmiqyaslı dezinfeksiya tədbirlərinə start verilib. Turistik ərazilər, insanların toplaşdığı yerlər və zika virusunun yayıla biləcəyi digər nöqtələr xüsusi maddələrlə dezinfeksiya edilir.  Təkcə son bir ay ərzində Mayamidə 36 nəfərin zika virusuna yoluxduğu deyilir. Müvafiq qurumun nümayəndələri xüsusilə hamilə xanımlara Mayamiyə gəlməməyi məsləhət görüb.

Qeyd edək ki, hamilə xanımlar “Zika” virusuna yoluxduqda, onların körpələrində fiziki qüsurlar meydana gəlir.  Yeni dünyaya gələn körpələrin başlarının forması olduqca böyük olur.

https://youtu.be/c4B2vCQSShg

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar