Mayk Pompeo: İrana qarşı təxirə saldığımız sanksiyalar bu gün işə düşür

Mayk Pompeo: İrana qarşı təxirə saldığımız sanksiyalar bu gün işə düşür
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ Xarici İşlər Naziri Mayk Pompeo ABŞ-ın İran Nüvə Müqaviləsindən dolayı təxirə saldığı sanksiyaların bu gün yenidən işə düşəcəyəini bildirib.

A24.Az xəbər verir ki, Pompeo Asiya səyahətindən sonra keçirdiyi konfrasda bunu jurnalistlərə açıqlayıb.

ABŞ mediasında yer alan xəbərə görə, Pompeo, “ABŞ bu sanksiyaları işə salacaq. Bunlar İranın pis niyyətli fəaliyyətlərinə qarşı səylərimizin vacib bir hissəsidir”, – deyə bilidirib.

O, ABŞ rəhbərliyinin Tehran ilə masaya oturmağa hazır olduğuna diqqət çəkib və bunun üçün Tehranın öz siyasətində çox böyük dəyişikliklər etməli olduğunu vurğulayıb.

İran rəhbərliyini “pis aktyorlar” kimi qiymətləndirən XİN başçısı, ABŞ Prezidenti Donald Trampın niyyətinin İranın “normal bir ölkə kimi davranmasını təmin etmək” olduğunu söyləyib.

Tramp 14 İyul 2015-ci ildə Avstriyanın paytaxtı Vyanada P5+1 (ABŞ, Çin, Rusiya, İngiltərə, Fransa və Almaniya) ilə İran arasında imzalanan və 16 yanvar 2016-cı ildə qüvvəyə minən Əhatəli Birgə Fəaliyyət Planı (KOEP) adlandırılan nüvə müqaviləsindən çəkildiklərini və İrana qarşı sanksiyaların qüvvəyə minəcəyini bildirmişdi.

Trampın qərarının ardınca ABŞ Maliyyə Nazirliyinin İrana qarşı ilk sanksiya paketinin 6 avqustda, ikinci sanksiya paketinin isə 4 noyabrda fəaliyyətə başlayacağı bildirilmişdi.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar