Mayk Tayson Azərbaycana gələcək - FOTO

Mayk Tayson Azərbaycana gələcək – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

“Godzilla” promoşn qrupunun dəvətiylə Azərbaycana gələn UFC-nin canlı əfsanəsi, məşhur döyüşçü, adı turnirin fəxri zalına həkk olunan Roys Greysi mətbuat konfransı keçirib.

“A24.az”ın məlumatına görə, Azərbaycanda idmana dövlət səviyyəsində diqqətin olmasından xəbərdar olduğunu deyən braziliyalı idmançı gələcəkdə Bakıda öz akademiyasının nümayəndəliyini açmaq barədə düşündüyünü deyib.

Medianın suallarına cavab verən “Godzilla” promoşn qrupunun rəhbəri Emil Əmiraslanov Roys Qreysinin səfəriylə bağlı danışıqların iki ay davam etdiyini vurğulayıb: “Onun Braziliyada Ciu-citsu üzrə akademiyası fəaliyyət göstərir. Biz hazırda Bakıda həmin akademiyanın filialını açmaq barədə müzakirələr aparırıq. Üstəlik Roysun dəstəyilə “Belator” yarışını ölkəmizə gətirmək istəyirik. Nüfuzlu yarışın bir mərhələsinin Bakıda keçirilmə ehtimalı var”.

Emil Əmiraslanov payızda Bakıya daha bir məşhur idmançının gələcəyini açıqlayıb. Danışıqlar müsbət yekunlaşacağı halda peşəkar boksçu WBF, WBC və İBF versiyaları üzrə çempion Mayk Tayson iki günlük səfərlə Azərbaycana gələcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar