MDB ölkələrindən yeni saziş: Peyk əlaqəsi haqqında

MDB ölkələrindən yeni saziş: Peyk əlaqəsi haqqında
Want create site? Find Free WordPress Themes and plugins.

MDB ölkələri hərbi məqsədlər üçün peyk əlaqəsi haqqında saziş imzalayıblar.

A24.Az-ın məlumatına görə, peyk əlaqəsi sistemindən istifadə haqqında hökumətlərarası saziş Tuva Respublikasının Kızıl şəhərində keçirilən MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclasında imzalanıb.

“MDB-yə üzv dövlətlərin silahlı qüvvələrinin döyük imkanlarını artırmaq məqsədilə peyk əlaqəsi sistemindən istifadə haqqında hökumətlərarası saziş imzalanıb. Bundan başqa, coğrafi məkan məlumatlarının mübadiləsi sahəsində əməkdaşlıq haqqında da saziş imzalanıb” – deyə MDB Müdafiə Nazirləri Şurasının iclasının yekunlarına dair yayılan birgə məlumatda bildirilib.

Qeyd olunub ki, müdafiə nazirləri MDB ölkələri hava hücumundan müdafiə sistemlərinin birləşmiş sistemləri, birgə əlaqə sistemləri, silahlı qüvvələrin aviasiya uçuşlarının təhlükəsizlik sistemləri və digər sistemlərin gələcək inkişafı haqqında təkliflərə baxıblar.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar