MDB PA-nın seçkiləri izləyəcək müşahidəçiləri sabah Bakıya gəlir

MDB PA-nın seçkiləri izləyəcək müşahidəçiləri sabah Bakıya gəlir
Want create site? Find Free WordPress Themes and plugins.
MDB Parlamentlərarası Assambleyasından (MDB PA) olan beynəlxalq müşahidə missiyası Azərbaycanda Prezident seçkilərini müşahidə etmək üçün aprelin 8-də Bakıda olacaq.

A24.Az Ölkə.Az-a istinadən xəbər verir.
MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının Beynəlxalq Monitorinq İnstitutunun Bakı filialının mətbuat xidmətindən verilən məlumata görə, beynəlxalq müşahidə missiyasının tərkibi Rusiya, Tacikistan, Moldova, Belarus, Qazaxıstan və Qırğız Respublikasından olan deputatlardan ibarətdir.

Bundan əlavə, beynəlxalq müşahidəçilər missiyasına MDB PA-nın Beynəlxalq Monitorinq İnstitutunun əməkdaşları və ekspertləri daxildir.

Missiya üzvləri aprelin 11-də keçiriləcək Azərbaycan Prezidenti seçkiləri müşahidə etmək üçün Bakı şəhərində və ölkənin bölgələrində olacaqlar.

Həmçinin beynəlxalq müşahidəçilərin Azərbaycan Milli Məclisi, Mərkəzi Seçki Komissiyası və prezidentliyə namizədlərlə görüşləri nəzərdə tutulur.

Seçkilər başa çatdıqdan sonra MDB PA-dan olan beynəlxalq müşahidəçilər seçkilərin keçirilməsi ilə bağlı mətbuat konfransı keçirəcəklər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar