A24 Xeber

Mədəniyyət nazirinin müavinləri vəzifəsini icra edən şəxslər məlum olub – SİYAHI

Mədəniyyət nazirinin müavinləri vəzifəsini icra edən şəxslər məlum olub – SİYAHI
79
25 Aprel 2018 - 14:23

Azərbaycan mədəniyyət nazirinin müavinləri vəzifəsini müvəqqəti icra edən şəxslər məlum olub.

A24.Az xəbər verir ki, Nazirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, yeni təyinatlar olana qədər nazir müavinləri və digər əməkdaşlar öz vəzifələrini icra edəcəklər.

Vurğulanıb ki, Mədəniyyət Nazirliyi Mədəniyyət və Turizm Nazirliyi kimi fəaliyyət göstərdiyi dövrdə nazirin dörd müavini olub. Bunlar nazirin birinci müavini Vaqif Əliyev, nazir müavinləri Ədalət Vəliyev, Nazim Səmədov, Sevda Məmmədəliyevadır. Onlar hazırda vəzifələrini müvəqqəti icra edirlər.

Bundan başqa, nazirliyin digər strukturlarının rəhbərləri də əvvəlki vəzifələrini müvəqqəti yerinə yetirirlər.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 20-də “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamala Mədəniyyət və Turizm Nazirliyi ləğv olunub, nazirliyin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.

Dövlət başçısının aprelin 23-də imzaladığı sərəncamla əvvəllər mədəniyyət və turizm naziri vəzifəsini tutan Əbülfəs Qarayev mədəniyyət naziri təyin olunub.

A24.Az 

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00