Mədəniyyət Nazirliyində yeni şöbələr formalaşıb, işçilərina qəbulu başlanılacaq

Mədəniyyət Nazirliyində yeni şöbələr formalaşıb, işçilərina qəbulu başlanılacaq
Want create site? Find Free WordPress Themes and plugins.

“Mədəniyyət Nazirliyinin iki hissəyə bölünməsi öz-özlüyündə islahatdır. Hazırda nazirliyin qarşısında qoyulan tələblərdən irəli gələn kifayət qədər zəngin yeniliklər olacaq”

APA-nın məlumatına görə, bunu mədəniyyət naziri Əbülfəz Qarayev deyib. Nazir bildirib ki, xidmət şəbəkəsinə və regionlarda mədəniyyət ocaqlarının təkmilləşməsinə xüsusi önəm veriləcək.

“Eyni zamanda demək istərdim ki, nazirliyin daxilində də yeni şöbələr formalaşıb. Biz onun strukturunu bu gün təsdiq edərək işçiləri qəbul etməyə başlayacağıq. Müasir texnologiyalar, regionlarda mədəniyyət müəssisələrinin inkişafı, xalq yaradıcılığı və kreativ sənaye ilə bağlı şöbələr formalaşacaq. Bunlar hamısı yenilikdir və düşünürəm ki, müsbət nəticələrini verəcək”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar