Mədəniyyət Nazirliyində yeni strukturda İLK TƏYİNATLAR

Mədəniyyət Nazirliyində yeni strukturda İLK TƏYİNATLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda Aparat rəhbərinin müavinləri və şöbə müdirləri vəzifələrinə kadr təyinatları həyata keçirilib.

A24.Az xəbər verir ki, Nazirlikdən Trend-ə verilən məlumata əsasən, nazir Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən, Vasif Eyvazzadə nazirliyin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri təyin edilib.

Aparat rəhbərinin müavini – Hüquq və daxili təhlil şöbəsinin müdiri vəzifəsi Namiq Qulamova həvalə olunub.

Yeni yaradılan Regional siyasət şöbəsinin müdiri vəzifəsinə isə Pərviz İsgəndərli təyin edilib.

Nazirliyin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə Rəşad Əliyev təyin olunub.

Qeyd edək ki, nazirliyin Aparatının yeni strukturunun formalaşmasında ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, müasir texnologiyaların, habelə elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi əsas meyarlar kimi götürülüb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar