Mədəniyyət nazirliyində YENİ TƏYİNATLAR

Mədəniyyət nazirliyində YENİ TƏYİNATLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda şöbə müdiri vəzifələrinə kadr təyinatları həyata keçirilib.

Nazirlikdən A24.Az-a verilən məlumata görə, mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən, İsmayıl Hüseynov nazirliyin İncəsənət şöbəsinin müdiri təyin edilib.

Nazirlikdə Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə Cahangir Məmmədov təyin olunub.

Yeni yaradılan Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsi isə Yusif Səfərova həvalə olunub.

Qeyd edək ki, nazirliyin Aparatının yeni strukturunun formalaşmasında ölkədə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, müasir texnologiyaların, habelə elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi əsas meyarlar kimi götürülüb./Trend

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar